Korona virus, məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan virusdur. Bu virus insanlara zökəm, qrip ya da digər adi xəstəlik formasında keçə bilir. Bu virus inək və donuzlarda diareya səbəb olduğu halda toyuqlarda tənəffüs yolu infeksiyasına səbəb ola bilir. Hazırda korona virusun müalicəsi üçün heç bir dərman və ya vaksin yoxdur.
Korona virus, koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər. Korona virusların genomik ölçüsü 26/32 kilobaz aralığında olur və ən böyük RNT viruslarıdır.
“Koronavirus” adı, koron partikullarının (corona) xarakteristika görünüşünə görə koron və ya virus mənasına gələn Latınca (virions) sözündən gəlir. Bu virusun görünüşcə Günəş koronalarını Korona, Günəş tacına deyilir. xatırladan saçaqları var.
Koronaviruslar 1960-cı ildə kəşf edilib [6] ilk dəfə toyuqlarda infeksion bronxit virusu, daha sonra insan koronavirusu 229E və insan koronavirusu OC43 olaraq adlandırılan soyuq dəyməsi olan insanların burun boşluqlarında yaranan virus idi. [7] Bu ailənin digər başqa üzvləridə kəşf edilib. 2003-cü ildə SARS-CoV, 2004-cü ildə HCoV NL63, 2005-ci ildə HKU1in, 2012-ci ildə MERS-CoV və 2019-cu ildə 2019-nCoV üzvləri kəşf edilib. Hazırda bu virusların çoxu ciddi tənəffüs yolu infeksiyalarına qarışıb.