“KAMED Diaqnostika Mərkəzi” 

        “Kamed” sözü qədim dövrdən qalma oğuz-türk sözü olub “binanın özülü, əsası” deməkdir. Belə bir deyim var “Həyatda ən şirin nemət can sağlığıdır”. Səhhətimizi hər zaman qorumaq, qeydinə qalmaq lazımdır. Əgər xəstəlik artıq baş qaldırıbsa, vaxtında edilən müayinə və müalicə daha tez sağalmaq deməkdir.

         Əhalimizin sağlamlığını təmin etmək çox məsuliyyətli və eyni zamanda şərəfli işdir. Bu məsuliyyəti dərk edərək 2019-cu ilin noyabr ayı yeni bir yola başladıq. “KAMED” klinikası olaraq başlıca məqsədimiz şəhər sakinlərinə və şəhərimizin qonaqlarına yüksək keyfiyyətli və eyni zamanda əlçatan qiymətlərlə tibbi xidmət göstərməkdir. Bunun çətin bir yol olduğunu bilirdik. Lakin bu şərəfli yolda azı 10 il təcrübəsi olan ixtisaslaşmış mütəxəssislərimizlə birgə addımlayırıq.

       “Məqsədimiz sağlamlığınız, zəmanətimiz keyfiyyətimizdir!” şüarı altında fəaliyyətə başlayan KAMED Diaqnostika Mərkəzi əhali arasında  qısa zaman müddətində tanınmağa başladı. Klinikamıza xəstələrin istəyini nəzərə alaraq:

– İş saatının başlama vaxtı 07:00-dan olundu.

– “Evə çağırış” xidməti təmin edildi.

– Laborator analizlərin nəticələri elektron poçtla da göndərilir.

– Həftə içi müayinəyə gələ bilməyən şəxslər də nəzərə alınaraq bazar günü  saat 12:00-a kimi xidmət göstərmək qərarı alındı.

Klinikamızda göstərilən xidmətlər aşağıdakılardır:

  • Laborator analizlər

  • İnstrumental müayinələr

  • Poliklinik xidmətlər

  • Evə çağırış xidməti

  • Prosedurlar

  • İnhalyasiya

Laboratoriya

            Tibb dünyasında belə bir deyim var “Laboratoryanı göstər necə klinika olduğunu deyim”. Hər bir klinikanın döyünən ürəyi onun laboratoriyasıdır. Bu məqama çox həssas yanaşan klinikamız laboratoriya şöbəsinə xüsusi diqqət yetirmişdir. Belə ki, Laboratoriyamız – 20  ildən artıq bu sahə üzrə təcrübəyə sahib, həkim –laborant Qoca Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərir. Laboratoriyamızda işlədilən həm analizatorlar, həm də reaktivlər inkişaf etmiş avropa dövlətlərinin istehsalıdır. Həmçinin farmokologiya və diaqnostika üzrə dünya lideri olan İsveçrənin məhşur Hoffman La Roche firmasının Cobas c 111 biokimyəvi analizatoru və Cobas e 411 tam avtomat robotanalizatoru ilə təchiz edilmişdir. Bu cəhətdən Sumqayıt şəhərində bir ilkə imza atmışdır. Laborator analizlərin işlənməsində istifadə olunan reaktivlər də İsveçrənin ROCHE firmasının və Almaniyanın  Human firmasının istehsalıdır.

İnstrumental müayinələr.

Yaponiyanın Shimadzu şirkətinin istehsalı olan minimal şüalanma dozası ilə tam rəqəmsal rentgen cihazı.

Medison cihazı ilə EXO-KQ müayinəsi

Samsung firmasının istehsalı olan USM aparatı

Bundan başqa klinika EEQ, Stress test, EKQ aparatları ilə də təhciz olunub.

Poliklinika şöbəsi

            Təcrübəli dəri-zöhrəvi  həkimi, pediator, terapevt, hematoloq, endokrinoloq, nevropatoloq, kardioloq, nefroloq, ginekoloq həkimlərimizlə sağlamlığınız etibarlı əllərdədir.

Prosedur

            Həkimin təyinatına əsasən əzələdaxili və dərialtı inyeksiyaları klinikadan çıxmadan yerinə yetirə bilərsiniz. Tibbi prosedur qaydalara görə vena daxili inyeksiya və infuziyalar yalnız tibb təyinatı olan  mərkəzlərdə həyata keçirilə bilər.  KAMED klinikası bu sahədə üzrə də sizin xidmətinizdədir.

           Covid-19 pandemiyası dövründə klinikamızın məsuliyyəti daha da artmışdır. Sanitar-epidemioloji tələblərə tam riayət etməklə ( mütəmadi dezinfeksiya işləri aparmaq, tibbi maska ilə bütün pasientlərin təmin etmək, əllərin və səhtlərin dezinfeksiyasınına ciddi nəzarət etmək, ara məsafənin gözlənilməsi qaydasına əməl etmək ) fəaliyyət  göstərən klinikamız bu çətin dövrdə də əhalimizi tibbi xidmətlərlə tam təmin etdi. Təsadüfi deyil ki, gigiyena qaydalarına tam əməl edən klinikamızın tibbi personalı arasında hec bir yoluxma halı qeydə alınmadı.

          Bundan başqa klinikamızın həkimlərindən Abdullayev Vüsal, Salmanova Ülviyyə və Məmmədov Şahin  sağlamlıqlarını təhlükə altına alaraq Covid-19 ilə mübarizəyə qoşuldular.

         Fəaliyyət göstərdiyi müddətdə müxtəlif  güzəştli xidmətlər, endirim kartları, check-up-lar və. s ilə pasientlərini sevindirmişdir. Bu və  bunlar kimi bir çox fəaliyyətlər gələcəkdə də davam edəcəkdir.

         Ətraflı məlumat və yeniliklər üçün kamed.az saytımızdan sosial şəbəkə ünvanlarımızdan (fb: KAMED-Diaqnostika, instagram: kameddiaqnostika) bizi izləyməyə davam edə bilərsiniz.

          Qeyd etmək istərdik ki, Sosial şəbəkələrdə xidmət almış xəstələrimizin bizə ünvanladığı xoş sözlər müştəri məmnuniyyətini göz qabağına gətirərək bizləri daha da həvəsləndirir.

          Klinikamız bundan sonrakı fəaliyyəti dövründə də böyüməyə, yenilənməyə və yeni xidmət sahələrini tətbiq etməyə davam edəcəkdir.

        “Kamed Diaqnostika Mərkəzi” olaraq daima yanınızdayıq! Çünki sağlamlığınız bizim üçün dəyərlidir!