D-dimmer analizi nədir? Və Covid-19-la əlaqəsi

D-dimer testi tromb əmələgəlmə və fibrinolizis markeridir. D-dimer tromb parçalandıqdan sonra qanda olan zülal hissəsidir. D-dimer analizi trombozların diaqnostikası üçün aparılır. 

Əsas göstərişlər bunlardır:

-dərin venalarda tromboz

-ağciyər 

-tromboemboliyası

-trombofiliya

-DYL (damardaxili yayılmış laxtalanma) sindiromu

D-dimer testinin nəticələri aşağıdakı hallarda da artmış olur:

  • инфекция xəstəliklərdə

  • Aır Zədələrdən sonra

  • crrahi əməliyyartlardan sonra

  • şiş xəstəliklərində

  • qaraciyər xəstəliklərində

  •  ürək-qan damar xəstəliklərində

  •  80 yaşdan yuxarı kəslərdə

D Dimer Testi nədir?

D Dimer testi hematoloji labratoriyalarında tətbiq olunan qan analizidir. D-dimer fibrin parçalanmasından azad olan bir maddədir. Laxtalanma sisteminin funksiyaları baxımından həkimə məlumat verir, damardan götürülmüş qan nümunəsindən analiz edilən bir analizdir.

D dimer testi ümumiyyətlə təcili yardım otağına yatan və ya intensiv müalicəyə ehtiyac duyulan xəstələrdən tələb olunan qan testidir. Xüsusilə Covid-19 pandemiyası müddətində, ambulator və Covid-19 infeksiyasından şübhələnilən reanimasiya xəstələrindən də infeksiyanın şiddətinin araşdırılmasında istifadə edilir.

Dərin damar trombozu (Venöz Tromboemboliya) (VTE) və emboliya diaqnozunda tez-tez istifadə olunur, eyni zamanda ürəkdə işemiya və bəzi infeksiyalara səbəb olan xəstəliklərin diaqnozunda da istifadə edilir. Anormal hesab edilən D-dimer testinin yüksək olması arzuolunmazdır.

D-Dimer və COVID-19 əlaqəsi. Xüsusilə COVID-19 pandemiyasından sonra D-dimer testinin əhəmiyyəti daha da artdı. Həkimlər tez-tez COVID-19 infeksiyası şübhəsi olan xəstələrdən D-dimer testi tələb edirlər. D-dimer testi COVID-19 xəstəsində yüksək nəticə göstərir. D-dimer testi pıxtalaşma dövründə bir narahatlıq olub olmadığını araşdırmaq üçün istifadə olunan bir hematoloji testdir. Elmi araşdırmalar COVID-19 infeksiyasının diaqnozu və təqibində əhəmiyyətli bir istifadə sahəsi kimi bu analizi tələb edir. Həyati təhlükəsi ciddi bir komplikasiya olan COVID-19 xəstəliyi D-dimeri yüksəldikdə damarlarda laxtalanma əmələ gətirir. Beləliklə dərin venoz trombozu, venoz tromboembolizm (VTE), ağciyər emboliyası və ya DIC yaranma riski əmələ gətirir. D-dimer testi, yumurtalıq və böyrək xəstələrində fibrin məhvinin aşkarlanmasında və dərin venoz trombozu və ya kəskin miokard infarktının müalicəsinin gedişhatında həkim tərəfindən istənilir.

D-dimer testi hamiləliyin son mərhələlərində yüksək ola bilər və bu normal bir vəziyyətdir.

D-dimer dəyərləri müxtəlif iltihab və bəzi yoluxucu xəstəliklərdə yüksək ola bilər. Məsələn, Covid 19 infeksiyası xəstəliyində D димер səviyyələri yüksək görülə bilər.

D-dimer səviyyəsinin yüksək olması qaraciyər xəstəliklərində də görülür.

Bəzi xərçəng növlərində (xüsusilə inkişaf etmiş mərhələdə) yüksək D-dimer müşahidə edilə bilər.

Bu analiz COVİD -19 virusuna yoluxmuş insanlarda xəstəliyin ağırlıq dərəcəsini təyin etmək üçün vacib sayılan analizlərdən biridir.