1 Dekabr QİÇS-ə QARŞI BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ

QİÇS – qazanılmış immunçatışmazlığı sindromu deməkdir.
Hazırda müdhiş miqyas almış QİÇS/İİV (ingiliscə AİDS, rusca SPİD) epidemiyası insan həyatı üçün təhlükə törədən bəlaya çevrilib. Bu qlobal problem cəmiyyətin bütün təbəqələrini – milləti, icmanı, ailəni, hər bir fərdi əhatə edir və bütün dünya üzrə sosial-iqtisadi inkişafı sarsıdır. Bu xəstəliyə yoluxmuş şəxs orta hesabla 5-10 il ərzində sağlam görünür və hətta bəzi hallarda orqanizmində bu virusun kök salmasından heç özünün də xəbəri olmur. QİÇS o zaman inkişaf etməyə başlayır ki, immun çatışmazlığı
immun sisteminin mühüm toxumalarının böyük bir hissəsinə yayılmaqla inkişaf edir. Bu zaman inkişaf sistemi o qədər zəifləyir ki, artıq orqanizmin müxtəlif yoluxucu və şiş xəstəliklərindən müdafiə imkanı tamamilə tükənir. BMT-nin QİÇS ilə Mübarizə və “DST-nin 2019-cu ilin iyununda dərc etdiyi məlumata əsasən, dünyada İİV-lə yaşayan insanların sayı 37.9 milyon nəfər təşkil edir. Onlardan yalnız 24.5 milyonu antiretrovirus müalicə ilə əhatə olunub.

QİÇS-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədiləQİÇS-lə yaşayan hamilələrin 82 faizi antiretrovirus müalicəyə cəlb olunub. Təqribən 8.1 milyon insan bu xəstəliyə yoluxduğu haqqında məlumatsızdır. QİÇS-dən ölənlərin sayı 24 milyonu keçmişdir. QİÇS infeksiyası keçmiş Sovet məkanında da, xüsusilə Ukrayna, Rusiya, Belarus və Moldovada böyük sürətlə yayılmaqdadır. Çox təəssüf ki, bu sağalmaz xəstəliyə ölkəmizdə az da olsa (təqribən 850 nəfər) adam yoluxmuşdur.
QİÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və təsadüfi adamlarla
münasibətlərdə ehtiyatlı olmaqdır. Hələ 20 il əvvəl biz QİÇS xəstəliyinə çox uzaqda olan bir təhlükə kimi baxırdıq. Amma bugünkü reallıq başqadır. Ona görə də bu sahədə insanları maarifləndirmək üçün tədbirlər görülür. Məktəblərdə 6-cı sinfindən “Özünü QİÇS-dən qoru” devizi altında xüsusi məşğələlər təşkil olunur. Beynəlxalq qurumlar da bunun qarşısını almağa kömək edir. Alimlər “XXI əsrin vəbası” adlandırdıqları bu virusa qarşı bütün dünyada müharibə elan etmişlər.

QİÇS epidemiyasını”zəmanəmizin inkişaf yolunda ən təhlükəli problem” adlandırılan BMT Baş Katibi Kofi Annan bütün hökumətləri bu
məsələnin həlli zəminində daha güclü və əlaqələndirilmiş bir hərəkat üzrə qlobal işlər görməyə çağırır.
Azərbaycan hökuməti də bu dəhşətli xəstəliyin qarşısının alınmasında böyük əhəmiyyət verir.

İİV/QİÇS problemi Azərbaycanda da aktual problem olaraq daima Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir. 2019-cu ilin 11 ayı ərzində Azərbaycanda 592 nəfərdə yeni İİV-ə yoluxma faktı təsdiqlənib. Onlardan 563-ü Azərbaycan vətəndaşı, 29 nəfəri isə əcnəbidir. Virusa yoluxan Azərbaycan vətəndaşlarından 371-i kişi, 192-si qadındır. Dekabrın 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 69.4 faizi kişi, 30.6 faizi qadındır. QİÇS mərhələsinə keçənlərin və bu mərhələdə aşkarlananların ümumi sayı 149 nəfər olub. QİÇS mərhələsində olanlar 1765 nəfər təşkil edir. İİV infeksiyasından vəfat etmiş xəstələrin sayı 1045 nəfərdir”.
1996-cı ildə Azərbaycan Parlamenti “İnsanın immunçatışmazlıq virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması” haqqında Qanun qəbul etmişdir.
Dünyanı bu müdhiş xəstəliyə qarşı mübarizə aparmağa sövq etmək üçün BMT-nin xüsusi qərarı ilə 1 dekabr QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü elan edilmişdir.