COVİD-19

Qanda Covid-19 analizi.

Covid -19 İgM və İgG.
İgM-koronavirus infeksiyasının erkən dövrlərində,İgG -sonrakı dovrlərində əmələ gələn immunoqlobulinlərdir.
Hər iki test mənfi və müsbət çıxa bilər.
İgM və İgG hər ikisi mənfi olarsa– deməli qanda  əkscisimlər hələ əmələ gəlməyib.Burun və ya udlaqdan PZR müayinəsi yoluxmanın  tam olub-olmamasını təsdiq edir.
İgM və İgG hər ikisinin müsbət olması:  İgM hazırkı vəziyyətdə orqanizmdə aktiv infeksiyanın olmasını təsdiq edir.İgG yoluxmadan iki həftədən artıq keçdiyini sübut edir.
İgM mənfi lakin İgG müsbət olduğu halda təsdiq edir ki, iki həftədən artıq müddətdə yoluxma olub lakin kəskin dövr geridə qalıb.
İgM müsbət lakin İgG mənfi olması yoluxma olduğunu bunun və iki həftədən az müddətdə baş verdiyini təyin edir.