Şəkərli diabet
Şəkərli diabet qanda şəkərin miqdarının yüksəlməsi ilə gedən xroniki metabolik xəstəlikdir.
ƏSAS ƏLAMƏTLƏRİ:
✓ susuzluq hissi
✓ sutka ərzində normadan artıq maye qəbulu
✓ tez-tez sidik ifrazı
✓ arıqlama
✓ dəridə və ağızda quruluq
✓ qaşınma
ŞƏKƏRLİ DİABETƏ görə risk qrupunda olanlar:
✓ irsiyyət
✓ artıq çəki
✓ qanda xolesterinin yüksək olması
✓ hipodinamiya ( az hərəkətlilik)
✓ düzgün olmayan qidalanma ( spirtli içki,qazlı su,karbohidratdan,yağdan həddən artıq istifadə, və s)
✓ autoimmun xəstəliklər
✓ hormonal disbalansı olanlar
hemoxromatoz ( qanda hemoqlobinin və dəmirin normadan yuxarı olması)
✓ 40 yaşdan yuxarı olanlar
✓ ürək-damar xəstəlikləri
✓ hamiləlikdə diabet olanlar