Birdəfəlik tibbi maksadan istifadə qaydaları:
✓ Mütləq tibbi maskalardan istifadə olunmalıdır.
✓ Maskanı alarkən,taxarkən və çıxararkən arxa hissəsində olan ipdən tutmaq lazımdır.Maskanın ağızla təmas olan hissəsinə toxunmaq olmaz.
✓ Maskanı çıxartdıqdan sonra mütləq əllər spirtlənməli və ya yuyulmalıdır.
✓ Maska ən geci 2 saatdan bir dəyişilməlidir.
✓ Əgər maska nəmlənibsə mütləq dəyişdirilməlidir.
✓ Maskanın təkrar istifadəsi qadağandır.
✓ Yararsız maskanı tulladıqda diqqətli olmaq lazımdir,mütləq qapalı tullantı qutusuna atılmalıdır.