POST COVİD Sindrom
Covid-19 virusu ilə xəstələnən şəxslər sağaldıqdan sonra özlərini əvvəlki kimi hiss etmirlər.
ƏLAMƏTLƏR:
✓ Ürək-qan dövranı – yorğunluq,əzginlik,tez yorulma,nəbzin sürətlənməsi,ayaqlarda ödem,arterial təzyiqin artması
✓ Ağciyər – təngnəfəslik,öskürək,bronxo spazm,boğulma hissi.
✓ Mədə-bağırsaq sistemi-
ishal,köp,qarında gərginlik,iştahanın zəifləməsi.
✓ Nefroloji –
sidik ifrazının azalması,ağrılı olması,
✓ Nevroloji –
gündüz yuxululuq,gecə yuxusuzluq,yaddaşın zəifləməsi,əsəbi gərginlik,qıcolmalar,
✓ Ümumi əlamətlər-
saç tökülmə,dırnaqların zədələnməsi,
✓ İmmunoloji –
bədənin müxtəlif nahiyyələrində səpgilər,qaşınma,qızartı.
Laborator instrumental olaraq hansı dəyişikliklər olur:
✓ Döş qəfəsinin rentgen müayinəsində ağciyərdə fibriz ( çapıq )
✓ Ürəyin EXO-KQ və EKQ müayinəsində miokardit,perikardit,sağ mədəciyin hipertrofiyası.
✓ Laborator olaraq qanda sink,maqneziun,kalium,vitamin D-in miqdarının azalması,İgE ümuminin,EÇS-in,şəkərin,kreatininin artması.
Əgər Covid-19 virusu ilə yoluxub sağalmısınızsa lakin yuxarıdakı əlamətlərdən əziyyət çəkirsinizsə müayinələrdən keçib müalicə həkiminə müraciət edin.