Onurğa əyrilikləri

Onurğa əyrilikləri

Normada onurğanın forması “S”-ə bənzərdir.Lakin normadan artıq əyrilik olanda xəstəlik hesab olunur.
Əgər şəxsdə əzələ sistemi çox zəifdirsə, onda bütün güc skeletin üzərinə düşür. Onurğa əyriliyi bu zaman meydana çıxır. Bu, təkcə bədənin deformasiyasına deyil, həmçinin daxili orqanların işinin pozulmalarına da gətirib çıxarır.

Onurğa əyriliyinin səbəbləri hansılardır?
✓ Doğuş zamanı zədə
✓ Hamiləlik vaxtı ananın düzgün qidalanmaması
✓ Ağır yük qaldırmaq
✓ Düzgün oturmamaq və düzgün yatmamaq
✓ Revmatizm və s.

Onurğa əyilməsinin üç növü var:
✓Skolioz
✓ Kifoz
✓ Lordoz

Lordoz onurğanın önə doğru qabarmasıdır.

Kifoz onurğanın arxaya doğru qabarmasıdır.

Skolioz onurğanın yana əyilməsidir.Ən geniş yayılmış onurğa əyriliyidir.Ən çox gənc yaşlardə əmələ gəlir.Skoliozun ağırlıq dərəcəsi əyilmə bucağından asılıdır.Əyilmə bucağı onurğanın rentgen müayinəsində təyin olunur və bundan sonra müalicə istiqaməti seçilir.

Skoliozu olan pasientin yaşı daha çox əhəmiyyət daşıyır,belə ki, yaş daha az olduqda əyriliyin düzəlmə ehtimalı da daha çox olur.

Bu səbəbdən gənclərin onurğasında hansısa əyriliyə şübhə varsa məktəbli dövründə ciddiyə alınmalıdır ki, tam sağalma əldə olunsun.