Sistit (sidik kisəsinin iltihabı)

Sistit (sidik kisəsinin iltihabı)

Sistit sidik kisəsinin selikli qişasının iltihabıdır.Daha çox hallarda qadınlarda təzahür edir. Bütün qadınların təxminən 40% -ə qədəri sistit xəstəliyindən əziyyət çəkir.
​ Sistitin əsas törədicisi E. coli  (bütün xəstələrin 70%-90%-də aşkar edilir). İkinci ən çox yayılmış patogen S. saprophyticusdur ; xəstələrin 10%-20%-də rast gəlinir. Klebsiella, Proteus və Enterococcus spp kimi bakteriyaların törətdiyi sistitə daha az rast gəlinir.⠀

Gedişinə görə:
✓ kəskin;
✓ xroniki
Xroniki sistit, altı ay ərzində iki və ya bir il ərzində üç şiddətlənmə ilə xarakterizə olunur.

Fəsadlara görə:
✓ mürəkkəb olmayan (sidik axınının pozulması yoxdur və ya başqa sözlə praktik sağlam );
✓ mürəkkəb sistit ( daşlar, şişlər, vərəm və s. kimi digər xəstəliklərin nəticəsi olduqda).

Sistitin əlaməlamətləri
✓ tez-tez ağrılı sidik ifrazı
✓ kiçik hissələrdə sidik ifrazı
✓sidik ifraz etmək üçün saxta çağırışlar
✓ qarın altındakı ağrı
✓ nadir hallarda / bəzən sidikdə qan olur
✓ nadir hallarda / bəzən bədən hərarətinin yüksəlməsi 37-37.5C
✓ xoşagəlməz  qoxusu olan  sidik

Diaqnostikası sidiyin ümumi analizi və sidik çıxarıcı yolların USM müayinəsidir.
Müalicəsi mütləq ixtisaslaşmış həkim tərəfindən aparılmalıdır.