Revmatizm (revmatik qızdırma)

Revmatizm (revmatik qızdırma)

Revmatizm​ – oynaqların, ürək və damarların​ birləşdirici toxumasının iltihabi infeksion-allergik zədələnməsidir. Tipik revmatik qızdırmada bədən hərarətinin yüksəlməsi, uçucu xarakterli çoxsaylı simmetrik artralgiyalar, poliartritlə xarakterizə edilir.​

Revmatizm üçün xroniki gediş, yaz və payız aylarında kəskinləşmələr səciyyəvidir.​ Qazanılmış ürək qüsurlarının 80%-i ürək və damarların revmatik zədələnməsinin payına düşür. Revmatik prosesə əksər hallarda oynaqlar, seroz qişalar, dəri, mərkəzi sinir sistemi məruz qalır.​

Revmatizmin tipik klinikası ilə keçirilmiş streptokokk infeksiyası (tonzillit, skarlatina, faringit) arasında birbaşa bağlılıq mövcuddur. Simptomatika infeksiyadan 1-2 həftə sonra inkişaf edir.

Revmatizm zamanı artralgiya (oynaq ağrıları) çoxsaylı, simmetrik və uçucu (ağrılar bir oynaqda itərək, digərində yaranır) xarakterə malik olur. Şişkinlik, ödem, lokal hiperemiya və hərarətin yüksəlməsi, zədələnmiş oynaqların hərəkətinin kəskin məhdudlaşması qeydə alınır. Revmatik poliartritin gedişi adətən xoşxassəli olur: bir neçə gündən sonra əlamətlər zəifləyir, oynaqlar deformasiyalaşmır, lakin mülayim ağrılar uzun müddət saxlanıla bilər.

1-3 həftədən sonra revmatik kardit meydana çıxır: ürək nahiyəsində ağrılar, ürəkdöyünmə, ürək fəaliyyətində fasilələr, təngnəfəslik; astenik sindrom (halsızlıq, əzginlik, yorğunluq). Revmatizm fonunda ürəyin zədələnməsi 70-85% pasiyentlərdə müşahidə edilir.

​ Diaqnostikası:

✓ klinik (qızdırma, artralgiya)
✓​ laborator (EÇS-nin yüksəlməsi, leykositoz, müsbət CRZ,ASO,RF,Anti-CCP)
✓ instrumental (EXO-KQ,EKQ-də P-Q intervalının uzanması).

Vaxtında müayinə və müalicə ilə revmatizmanın ürək klapanlarına təsirini minimumla ednirmək olar.