Sitomeqalovirus (CMV)

Sitomeqalovirus (CMV)

Sitomeqalovirus Herpes ailəsinə aid viruslardan biridir.​ İnsan yoluxduqdan sonra bütün ömrü boyu orqanizmdə qala bilər.​ Normal, sağlam immunitetli insanda birincili yoluxma heç bir ağırlaşma olmadan (bəzi hallarda simptomsuz) baş verir. Lakin hamiləlik və immunodefisit hallarda sitomeqalovirus təhlükəlidir.
Sitomeqalovirusa müxtəlif bioloji mayelər vasitəsilə yoluxmaq mümkündür (tüpürcək, sidik, sperma, qan. ) Həmçinin anadan körpəyə də keçə bilir. Bu zaman həm hamiləlikdə, həm doğuş zamanı,​ həm də körpənin ana südü ilə əmizdirilməsi zamanı yoluxma baş verə bilər.
Adətən sitomeqalovirus simptomsuz keçir.
Əlamətləri:
✓ temperaturun yüksəlməsi,
✓ boğaz ağrısı,
✓ limfa düyünlərinin böyüməsi və s.

Kəskin dövrdən sonra virus hüceyrədaxilində inaktiv formada qalır. Lakin əgər orqanizm zəifləsə infeksiya yenidən çoxalıb özünü göstərə bilər.
Əsasən hamiləlikdə fəsad verdiyi üçün hamiləlik vaxtı,xüsusən hamiləliyin 2-4-cü həftəsində Anti-CMV İgG və Anti-CMV İgM yoxlanılır.
Anti-CMV IgM-in aşkar edilməsi və Anti—CMV IgG titrinin 4 dəfədən çox artması aktiv infeksiyanın olmasına dəlalət edə bilər.
CMV PZR üsulu ilə də yoxlanılır ki, bu metod Anti-CMV İgM-dən daha informativ hesab olunur.PZR üsulunun pozitiv çıxması infeksiyalaşmanı sübut edir.Kəmiyyət göstəricisi isə infeksiyanın gedişinə nəzarət etməyə imkan verir.
Dölün zədələnməsini laborator analiz göstərmir.Bunu üçün USM müayinə tələb olunur. ​