Alfa-feto protein (AFP)

Alfa-feto protein (AFP)

AFP qaraciyər və xayaların onkoloji xəstəliklərində və ginekologiyada test edilir.

Ginekologiyada hamiləlik zamanı dölün vəziyyətinin monitorinqi üçün istifadə olunur.Belə ki,hamilə qadının qanında AFP-nin təyini döldə ola biləcək xromosom anomaliyalarının aşkar olunmasında skrininq test kimi istifadə olunur. Hamiləliyin 16-18-ci həftələr arasında keçirilməsi daha uyğundur. Üçlü və dördlü testdə ölçülən hormonlardan biri də AFP-dir. Hamiləlikdə AFP-nin ölçülməsi bütün hamilələrdə aparılmalıdır.

​ Onkologiyada qaraciyərin birincili xərçənginin onkomarkeridir.

Yetkin şəxslərdə AFP adətən​ xroniki hepatitdən, hepatosellülar karninoma və herminativ hüceyrələrin bədxassəli törəməsi  zamanı siqnal verə bilər.
Kişilərdə xüsusən yetkin yaşda olanlarda AFP-nin XQ​ analizi ilə birgə yoxlanması xayaların bəd xassəli şişinin differensasiysaında əhəmiyyət daşıyır.
Kriptorxizm (xayanın birini qarın boşluğuna girməsi) zamanı xayanın şişinə çevrilmə ehtimalı olduğundan AFP test edilməlidir.

AFP-nin anormal dərəcədə yüksək və ya aşağı səviyyədə olması bu problemlərdən birinə və ya bir neçəsinə siqnal verə bilər.