Piylənmə

Piylənmə zamanı ilk olaraq hansı orqanlar zədələnir?

Piylənmə təkcə görünüşcə deyil, bütün orqanizmin sağlam və düzgün işləməsi baxımından da ciddi patologiya sayılır.

1. Qaraciyər
Piylənmədə yalnız dərialtı deyil daxili orqanlara da piy toxuması yığılır.USM müayinəsində qaraciyərin piy distrofiyası izlənir.Karbohidrat və xolesterin müadiləsi  pozulduqca qanda ALT,AST,şəkər,xolesterin,triqliserid normadan yüksək olur.

2. Ürək-damar sistemi
Bədənin həcmi artdıqca ürəyin işi artmış olur ki,bu da ürəyi yorur.Yağlı və karbohidratla zəngin qida qəbulu nəticəsində damar divarına xolesterin çökür bu da öz növbəsində ilkin əlamət kimi arterial təzyiqin qalxması ilə təzahür edir.EKQ və xüsusən də EXO-KQ müayinələrində ürəkdəki dəyişikliklər aydın görünür( sol mədəciyin böyüməsi) .

3. Tənəffüs sistemi
Az hərəkət etmə və arterial təzyiqin nəticəsində ağciyərlərdə durğunluq yaranır.Nəticədə tənginəfəslik əmələ gəlir.Ağciyərlərin rentgen müayinəsi EKQ tənginəfəsliyin differensasiyasında əhəmiyyə daşıyır.

4.Dayaq-hərəkət sistemi
Çəki artdıqca bir tərəfdən onurğaya düşən yük artır,digər tərəfdən hərəkət məhdudluğundan fərqərəarası disk yerini dəyişir,osteoxondrotik dəyişikliklər meydana çıxır.Rentgen,lazım olduda MRT müayinəsi gərəkir.

5. Cinsiyyət orqanları
​ Piylənmə zamanı cinsi istəkdə azalmalır.Prosesin ağırlığın təyin etmək üçün qanda testesteron, estradiol,insulin yoxlanmalıdır.

5. Böyrəklər
Artıq çəki urolitiyazın inkişafına səbəb olur. Orqanizm toksinlərdən və bədəndəki digər artıq maddələrdən qurtulmağa çalışır. Piylənmə ilə ortaya çıxan kütlə daxili orqanlara da təzyiq edir və metabolik proseslərə mane olur.
Bir tərəfdən qanda şəkərin miqdarı,digər tərəfdən oturaq həyat böyrəyin funksiyasını pozur.Böyrəuin USM müayinəsi,qanda kalium,kreatinin miqdarın təyini və sidiyin ümumi analizi tövsiyə olunur.

6. Beyin
Piylənmə qandakı oksigen səviyyəsini aşağı salır. İnsanın idrak qabiliyyəti aşağı düşür.