Daban mahmızı. ( şporu )
Daban mahmızı- çox geniş yayılmış, topuqda güclü ağrılarla müşahidə edilən xəstəlikdir. Tibbdə plantar fassit adlanır. Fassit zamanı daban nahiyəsində yerləşən bağlar iltihablaşır. İltihab artdıqca daban sümüyünün üzərində çıxıntılar (osteofitlər) əmələ gəlir. Məhz bu çıxıntılara “şpor”lar deyilir. Əgər müalicəyə vaxtında başlanmazsa dabanda dözülməz ağrılar, yeriyərkən axsamaq kimi fəsadlarla xəstələri narahat etməyə başlayacaqdır. Ağrılar xüsusilə uzun müddət ərzində oturduqdan və ya uzandıqdan sonra güclü olur, bir qədər gəzdikdən sonra ağrılar azalır.
Yaranma Səbəbləri:
Plantar fassiya gündəlik summar yüklənməyə məruz qalır. Daimi gərginlik pəncədə mikrotravmaların əmələ gəlməsinə yol açır ki, bu da mahmızın yaranmasına təkan verir. Xəstəlik ən çox bütün günü ayaqüstə çalışan şəxslərdə rast gəlinir. Şporanın yaranmasına təkan verən səbəblər:
-yastı ayaqlılıq
-müxtəlif mübadilə pozğunluqları
–artıq çəki
–podaqra
–virus infeksiyası
–aşağı ətrafların qan dövranı pozğunluğu
– daban sümüyünün kəskin və xroniki travmaları
Dioqnostika:
Daban şporu diaqnozun qoyulması Rentgen müayinəyə əsasən qoyulur. Rentgen şəklində daban sümüyündə olan iti çıxıntı-osteofitlər görünür.
Müalicəsi:
✓ medikamentoz
✓ fizioterapevtik
✓ cərrahi