Boyun osteoxondrozu – boyun fəqərələri oynağlarına kalsium duzunun yığılması (duzlaşması) nəticəsində əmələ gələn patalogiyadır.
Boyun osteoxondrozu nəticəsində əzlələrdə əmələ gələn miozit sinirləri sıxır.Boyun lozdozu düzləndiyi üçün qan dövranı pozulur.Bu da bir çox əlamətlərin əmələ gəməsinə gətirib çıxarır.
50 yaşından sonra bir xeyli dərəcədə ciddi simptomlar meydana gəlir və hərəkət dayaq problemləri yaratmağa başlayır. Osteoxondroz kimi servikal spondilozlu xəstələrin çoxu konservativ (əməliyyatsız) müalicə metodları ilə yaxşılaşırlar. Belə ki, boyun osteoxondrozu zamanı digər tiplərə nisbətən daha qısa müddətə daha çox müsbət nəticələr alına bilir. Müalicə metodları əsasən; xəstəni məlumatlandırma, boyun korseti, fizioterapiya və dərman müalicələridir. Müalicəvi masajlardan da istifadə olunur, nadir hallarda cərrahi müdaxilə uygulanır.
Əsas görünən əlamətləri:
– boyun ağrısı
– baş ağrısı
– qol ağrısı
– əllərdə keyləşmə
– əzələ spazmı
– hissiyyat və hərəkət məhdudluğudur.
Əsas müayinə metodu boyun fəqərələrinin rentgen və mrt müayinəsidir.