Somatotropin (boy hormonu)
Somatotropin baş beyində yerləşən hipofiz vəzisində sintez olunur.
Hündür boy həyatda insana əlavə üstünük verir.Bu səbəbdəndir ki, valideynlər erkən yaşlarda uşaqlarının hündür boylu olması üçün nələrsə etməyə çalışırlar.Etməli olduqlarının nədən ibarət olması əksər hallarda bilmirlər.Somatotropinin miqdarını stimullaşdıran və ləngidən səbəblər aşağıdakılardır.
Somatotropinin miqdarını stimullaşdıran səbəblər:
✓ Düzgün yuxu rejimi
✓ Fiziki aktivlik
✓ Qanda şəkərim miqdarının az olması
✓ Qanda yodun mirdarının artması
✓ Əksər aminturşular (arqinin,ornitin,lizin,qlutamin)
Somatotropinin miqdarını ləngidən səbəblər:
✓ Yuxu ritminin süni pozulması
✓ İnsulinəbənzər boy hormonunun miqdarının artması (əks əlaqə)
✓ Qanda şəkərin miqdarının artması
✓ Qanda sərbəst yağ turşularının yüksəlməsi
✓ Qlukokortikoidlərin xr. Qanda yüksəlməsi məsələn,hiperkortitizm
✓ Ksenobiotiklər (plasmas,benzin,ağır metal duzları və s.)