Böyrək sınaqrıları

Böyrək sınaqrıları
Böyrəklər orqanizmdə bir çox funksiyaları həyata keçirir: su-duz mübadiləsinə nəzarət edir,metobolizmin son məhsullarını orqanizmdən çıxarır və s.
Böyrəyin funksional pozuntularını təyin etmək üçün ilk öncə qanın biokimyəvi analizi – böyrək sınaqları test edilməlidir.Bunlar kreatinin,qalıq azot və sidik cövhəridir.Kreatinin,qalıq azot və sidik cövhəri mübadilənin son məhsulu olub,orqanizm üçün artıq hesab edilir.Orqanizm üçün zəhərləyici təsiri olan bu məhsullar böyrək tərəfindən xaric edilir.Böyrəklərin funksiyası pozulduqda böyrəklər tam və ya qismən işinin öhtəsindən gələ bilmir ( böyrək çatmamazlığı ) və qanda böyrək sınaqları normadan artıq olur.
Kreatinin,sidik cövhəri və qalıq azotun müəyyən həddə qədər artıq olduqda konservativ ( dərman ) müalicəsinə tabe olur,həddən artıq olduqda pasient dializə müraciyət etməli olur.Vaxtında müayinə olunmaq ağırlaşmaların baş verməməsi baxımından daha önəmlidir.
Kamed klinikasında bu müayinələr tam avtomatik cihazlarla yüksək dəqiqliklə  yoxlanılır.
Kreatinin -. 5 manat
Sidik cövhəri – 5 manat
Qalıq azot – 5 manat