Aşağı ətraf venalarının doppler müayinəsi
Aşağı ətraf venalarının doppler müayinəsi səthi və dərin venalarda varikoz genişlənməni,damar çatmamazlığını,trombozu,damar ulduzcuqlarının səbəbini müəyyən etməyə imkan verir.Tromboz həyat üçün təhlükəli diaqnoz olduğunu nəzərə alsaq doppler müayinəsinin necə vacib prosedura olduğunu anlayarıq.
Aşağı ətraf venalarında olan çox sayıda qapaqların çatmamazlığı ilə bağlı olaraq qanın ayaqlarda uzun illər toplanaraq yaratdığı xəstəliyə venoz çatmamazlıq deyilir.
Aşağı ətrafların venalarında olan qapaq problemləri nəticəsində qan uzun müddət ərzində ayaqlarda toplanır və ağırlığı ilə kiçik venaların genişlənməsinə yol açır. Genişlənən və qıvrılan bu kiçik venoz damarlara varikoz deyilir Əsasən səthi venalardakı qapaq problemləri nəticəsində varikoz yaranır.Qanın illərlə ayaqda toplanması həm də ayaqda şişkinliyə səbəb olur.
İlkin müayinə məhz doppler müayinəsidir.
Doppler müayinəsi tam ağrısız və tam ziyansız müayinədir.Xüsusi hazırlıq tələb etmir.