Testesteron
Testesteron androgen qrupundan olan steroid hormondur.Kişi cinsi hormon hesab edilsə də qadınlarda çox az miqdarda böyrəküstü vəzlərindən ifraz olunur. Yetkin kişinin qanındakı miqdarı yetkin qadındakinin 40-60 qatı qədər ola bilər. Kişilərdə saçların tökülməsinə səbəb ola bilər.Qadınlarda eritrositlərin sayısının kişilərə nisbətən daha aşağı olmasının səbəblərindən biri də testosteronun miqdarıdır.
Yeniyetməlik dövründə artıq miqdarda ifraz olunan testosteron hormonu 20 yaşlarda ən yüksək səviyyədə, 30 yaşlardan sonra isə getdikcə az hasil olmağa başlayır.
Testosteron ana bətnində olan uşağın cinsiyyətinin yaranmasında rol oynayır.Oğlan uşaqlarında penis və xayaların inkişafı üçün testosteron hormonunun varlığı önəmlidir.Bu hormon yaş irəlilədikcə artmağa,yeniyetməlik dövründə oğlan uşaqlarında səsin qalınlaşmağına,tüklənmə və cinsi orqanın inkişaf edib böyüməsindən iştirak edən hormondur.
Testosteron hormonunun çox olması nəyə səbəb ola bilər?
Kişilərdə testosteron hormonunun çox olmasının təsirləri
✓ Penis ölçüsündə və sərtləşməsində artma
✓ Artıq tüklənmə
✓ Prostat böyüməsi
✓ Damar sərtliyi
✓ Xolestrinin artması
✓Ürək xəstəlikləri riskinin artması
Qadınlarda
✓ dəridə yağlanma və səpkilər
✓ aybaşıda pozğunluq
✓ saç tökülməsi
✓ stress
✓ artıq tüklənmə
“KAMED” klinikasında qanda Testesteron hormonunun təyini 12 manatdır.