Saç tökülmə
Saç tökülmə bütün dövrlərdə rast gəlinən simptom olub pasientin psixi durumuna təsir edəcək qədər kompleks yarada bilən patologiyadır.
Saçın ( xüsusən baş tükünün ) tökülməsi məhəlli ( lokal ) və diffuz ola bilər.
Səbəbləri müxtəlif ola bilər:
✓ bir qrup dərmanlar
✓ irsi faktor ( xüsusən kişilərdə )
✓ hipotiroidizm
✓ uşaq doğmuş ana
✓ stress
✓ hormonal dəyişikliklər
✓ dəri xəstəlikləri
✓ yanıq və donma
✓ qeyri-rasion qidalanma
✓ ishal
✓ ciddi infeksion xəstəliklər
Sonuncu səbəbə Covid-19 xəstəliyi də aiddir.Belə ki, bir çox pasientlərdə Covid-19 xəstəliyi ilə yoluxmadan sonra saç tökülmə xəstəliyin ağırlaşması kimi müşahidə olunur.
Bir çox pasientlər saç tökülməsinin qarşısını almaq üçün müxtəlif dərmanlar,şampunlar saç tökülmə əleyhinə məlhəmlərdən istifadə edirlər.Əksər hallarda bu ya effektsiz olur ya da qısa müddətli effekt verir.
Saçın tökülməsi ilə rastlaşan pasientlərin düzgün müalicə olunmaları üçün ilk öncə diaqnoz dəqiqləşməlidi.Bunu üçün ixtisas həkiminə müraciyət etmək lazımdı.