Şəkərlə yükləmə və ya tolerantlıq testi

Şəkərlə yükləmə və ya tolerantlıq testi
Tolerantlıq test qanda şəkərin miqdarının ac qarına və şəkər qəbulundan 2 saat sonra yoxlanılmasından ibarətdir.
Məqsəd orqanizmdə şəkər ( karbohidrat ) mübadiləsinin pozulmasını müəyyən etməkdir.Belə ki,bu və ya digər pasientin ac qarına qanda şəkərin miqdarı normada olur.Müəyyən edilmiş miqdarda şəkər qəbul etdikdən 2 saat sonra şəkərin miqdarını təkrar yoxlanıldıqda yenə norma daxilində olmalıdır.Bəzi pasientlərdə təkrar müayinədə şəkər normadan yuxarı olur.Bu şəkərə qarşı tolerantlıqdır.Belə pasientlərin yaxın gələcəkdə ll tip şəkərli diabet olma riski yüksəkdir. ( xalq arasında buna şəkərə meyillik də deyilir ).