“KAMED” klinikasi həkimlər üçün laboratoriya şöbəsində “AÇIQ QAPI” günü elan edir.
Laboratoriyamız ilə əyani tanış olmaq istəyən həkimlər üçün “AÇIQ QAPI” günü təyin etmişik.Hər həftənin lV günü (cümə axşamı) kolleqalarımız əvvəldən qeydiyyata düşməklə laboratoriyamız,aparatlar,iş prinsipi ilə tanış ola bilərlər.
Hər birinizi klinikamızda görməyə şad olarıq.
Hər klinikanın laboratoriyası onun döyünən ürəyidir.Laboratoriya mütləq qaydada dəqiq və operativ qurulmalıdır.Həm tibbi avadanlıqlar həm də tibbi personal peşəkar səviyyədə olmalıdır.Bu mənada “KAMED” klinikasında təşkil olunmuş laboratoriya şöbəsi şəhərimizdə ən qabaqcıl laboratoriya hesab edilir.Belə ki,laboratoriyamıza 20 illik təcrübəsi olan şöbə müdiri Qoca Məmmədov başçılıq edir.Laboratoriyada üzrə xüsusi təlim və təcrübə keçmiş tibb bacıları xidmət göstərir.
Laboratoriyamın əsas məqsədi pasientlərə maksimal dəqiqliklə qısa zamanda analizlərinin nəticəsini təqdim etməkdir.Bu zaman səhv etmə ehtimalı olmamalıdır.
Belə ki,qəbul şöbəsində qeydiyyat zamanı pasietlərin hər birinə barkod vasitəsi ilə şəxsi identifikasiya kodu təyin olunur ki,bu da səhv düşməni 0 edir.
Qəbul edilmiş analizlər laborator həkimlərimizin ciddi nəzarəti altında uyğun analizatorlara qəbul edilir.
Laboratoriyamiz tibbi aparatlar üzrə dünya lideri sayılın,İsveçrənin məhşur Hoffman La Roche firmasının Cobas c111 biokimyəvi analizatoru Cobas e411 tam avtomat robot analizatoru ilə təchiz edilmişdir.Reaktivlər avropanın qabaqcıl Rohce və Human firmalarının istehsalıdır.
Qanın ümumi analizini Mythic 22 aparatı ilə ən maksimal -25 parametrdə təyin etmək imkanı.
Ən müasir standartlara əsasən qurulmuş laboratoriyamızla fəxr edə bilərik!