Cinsi yolla keçən infeksiyalar

Cinsi yolla keçən infeksiyalar-
bir insandan digərinə əsasən cinsi əlaqə zamanı ötürülən infeksiyalardır.
Nadir hallarda digər yollarla da keçə bilər.( məsələn: qeyri-steril tibbi alətlər,dezinfeksiya olunmayan hovuzlar,xəstənin şəxsi gigiyena əşyalarından istifadə və s.)

Cinsi yolla keçən infeksiyalar:
✓ qonoreya
✓ triximonada
✓ sifilis
✓ HİV
✓ xlamidiya
✓ ureoplazma
✓ mikoplazma
✓ qardnerella

Əsas əlamətləri:
✓ tez-tez və ağrılı sidik ifrazı
✓ cinsi orqanda qaşınma,yanma,ağrı
✓ cinsi orqan ətrafında qızartı
✓ cinsi orqandan ifrazatın gəlməsi
✓ qasıq nahiyəsində  böyümüş limfa düyünləri
✓ qarının aşağı hissəsində ağrı
✓ ağrılı cinsi əlaqə

Cinsi yolla keçən infeksiyalar düzgün və vaxtında müalicə olunmadıqda sonsuzluq ilə ağırlaşır.Bu səbəbdən vaxtında və düzgün müayinə və müalicə vacibdir.
⚠️ Özü-özünü müalicə yolverilməzdir!

  Bu infeksiyalara yoluxmuş pasientlər bir çox hallarda utancalıqdan və ya  ətrafındakı insanların qınağından qorxaraq düzgün yol seçmirlər.Ya müalicə olunmurlar ya da düzgün müalicə almırlar ( məsələn: aptekdə işləyən tanışının məsləhəti ilə dərman alır və ya əvvəl xəstəlik keçirmiş “dost”undan istifadə etdiyi dərmanı soruşur).

“KAMED” klinikasında  müayinədən keçib düzgün müalicə ala bilərsiniz.Bu zaman ANONİMliyiniz Tam qorunur.Pasientin istəyi ilə kimliyi gizli saxlanılır.