Laboratoriya

Yüksək səviyyəli

ya sahib olmaq üçün müasir tibbi avadanlıqlara malik olmaq bəs etmir.Sanitar epidemioloji tələblərə də tam əməl edilməlidir.
Pasient dəqiq laborator nəticələrlə təmin olunmalıdır.Buna görə də tələblərə əməl etməlidir.Tələblər giriş qapısından başlayır.Daxil olan pasient girişdə baxil geyinib,əllərini dezinfeksiya edib,ara məsafə gözləməklə qeydiyyat şöbəsinə yaxınlaşır.Qeydiyyatdan keçərkən şəxsiyyəti təsdiq edən sənədin təqdimi tövsiyə edilir.Buradan ona xüsusi blank verilir.Pasient həmin blank ilə laboratoriyaya – analizlərin ( məsələn qan ) qəbulu üçün qanalma otağa dəvət olunur.Burada qəbul olunmuş analiz uyğun olan probirkalara yığılır.Hər bir pasientə ayrıca identifikasiya kodu – barkod çap edilir və həmin probirkanın üzərinə yapışdırılır.( Borkod ilə analizin səhv düşmə ehtimalı 0  – a bərabərdir ).Qan nümunələri sentrifuqa vasitəsi ilə qan zərdabı və formalı elementlərə ayrılır və tam avtomatik analizatora daxil edilir.Burada insan əli dəymədən analizlər yüksək dəqiqliklə test edilir.Nəticələr avtomatik olaraq kompüterə ötürülür.