Prostat vəzi xəstəlikləri

Prostat vəzi xəstəlikləri

Prostat vəzinin adenoması  yaşlı kişilərdə ən çox rast gəlinən patologiyalardan biridir. Prostat vəzinin adenoması ilə xəstələnmə ehtimalı yaş artdıqca artır. Statistikaya əsasən bu xəstəlik ilə 50 yaşdan yuxarı kişilər xəstələnir, amma elə hallar olur ki, 40 yaşda da rast gəlinə bilər. 60 yaşdan yuxarı kişilərdə prostat adenoması 30% hallarda qarşılanır. 80 yaş ətrafında isə bu göstərici 90%-ə qədər yüksəlir.

Risk qrupu 50 yaşdan yuxarı kişilərdir.

Əlamətləri:
✓ Gecə saatlarında sidik ifrazının artması ki bu da yuxuya mane olur
✓ Sidik axının, təzyiqinin azalması, qırıq-qırıq sidik ifrazı
✓ Sidik ifrazına istəkdən sonra dərhal sidiyin xaric edilməsi
✓ Sidik kisəsinin tam boşalmaması hissi, sidik ifrazının 5-10 dəqiqə ara ilə təkrarlanması
✓ Sidik ifrazı zamanı gücənmə
✓Sidik kisəsinin dolğunluğu zamanı, sidik saxlamada çətinlik

  Prostat vəzi adenoması və xərçənginin əlamətləri oxşar olduğundan pasientdə hansı xəstəlik olduğunu təyin etmək lazım gəlir.
Bunun üçün lazım olan müayinələr:
✓ Prostat vəzin USM müayinəsi
✓ PSA
✓ PSA sərbəst
✓ Sidiyin ümumi analizi