Helmintoz
Helmintoz dedikdə bağlrsaqda qurd xəstəliyi nəzərdə tutulur.
Bağırsaq qurdları növləri çoxdur: askarid, bizquyruq, öküz soliteri, exonokokk və s.
Qurdlar əsasən torpaqdan,çirklənmiş meyvə-tərəvəzdən, çiy ətdən və sudan keçir.Əsas əlamətləri ümumi zəiflik, iştahasızlıq, oturacaq nahiyəsində qaşınma, gecə ağlzdan su axma,gecə dişlərini qıcama,qarında ağrı və s.
Profilaktikası sanitar- gigiyenik rejimə və şəxsi gigiyena qaydalarına düzgün əməl olunmaqladır.
Diaqnostikası qanda helmintlərin təyini və nəcisin ümumi müayinəsidir.Nəcisin ümumi analizi bir neçə dəfə verilməlidir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, bağırsağın digər parazitləri – göbələk,ibtidailər ( amöb, lyamblya ) oxşar əlamət verə bilər.
Müalicəsi ixtisaslaşmış həkim tərəfindən aparılmalıdır.