Sink

Sink
Yetkin şəxsin orqanizmində, əsasən prostatda, əzələlərdə, qaraciyərdə və mədəaltı vəzidə cəmləşən sink orqanizmdə birləşmələr şəklindədir.İnsan orqanizmində ortalama 2 qr. sink vardır.Bir ml. insan spermasında 10 mg. sink var.400-dən çox fermentdə sink vardır.  Bunların arasında peptidlərin, zülalların və esterlərin hidrolizini kataliz edən fermentlər, aldehidlərin əmələ gəlməsi, DNT və RNT-nin polimerləşməsi yer alır.
Qanda Sink elementinin miqdarının aşağı düşməsi birbaşa immun sistemə təsir edir.Orqanizmin viruslara qarşı müqaviməti zəifləyir.
Covid-19 xəstəliyinin standart müayinəsinə Sink daxil edilmişdir.
Sink:
✓ immun sistemin viruslara qarşı reaksiyasını təmin edir.
✓sperma və kişi hormonlarının istehsalı üçün zəruridir.
✓E vitamini maddələr mübadiləsi üçün vacibdir.
prostatın normal fəaliyyəti üçün vacibdir.
✓Bədəndə müxtəlif anabolik hormonların, o cümlədən insulin, testosteron və böyümə hormonunun sintezində iştirak edir.
✓Alkoqol dehidrogenazının bir hissəsi olduğu üçün bədəndə spirtin parçalanması üçün zəruridir.

Sink çatışmazlığının əsas əlamətləri:
Bədəndə sink çatışmazlığı bir sıra pozğunluqlara səbəb olur.  Bunlar arasında qıcıqlanma, halsızlıq, yaddaş itkisi, depresiv vəziyyətlər, görmə kəskinliyinin azalması, kilo itkisi, bədəndə müəyyən elementlərin yığılması (dəmir, mis, kadmium, qurğuşun), insulin səviyyəsinin azalması, allergik xəstəliklər, anemiya və başqaları var.