KREATİNİN
Kreatinin əzələ toxumasında əmələ gəlib mübadilənin son məhsulu kimi böyrəklərlə xaric olur.
Qanda norması qadınlar üçün 44-80 mkmol/l,kişilər üçün 74-110 mikmol/l təyin olunub.
Qanda miqdarının az olması hamiləlikdə və rasionunda zülallı qidaların defisiti zamanı rast gəlinir.Qanda miqdarı fiziki gərginlik zamanı arta bilər.Nəzərə çarpacaq artması isə böyrəyin süzmə funksiyasının çatmamazlığı zamanı rast gəlinir.Buna böyrək çatmamazlığı deyilir.Bu patologiyadan əziyyət çəkənlərdə sidiyin ümumi analizi informativ müayinə sayılmır.Mütləq qan zərdabında Kreatininin miqdarı yoxlanmalıdır.
Hiperkreatininemiya (qanda yüksək kreatinin) ilk öncə özünü yüksəlmiş arterial təzyiq kimi büruzə verir.Buna görədir ki,hipertoniyanın diaqnostikasında mütləq qanda Kreatininin miqdarı təyin edilir.
Bir çox infeksion xəstəliklərdə- xüsusən covid-19-la yoluxmada virusun zəhərləyici təsirindən böyrəklər zədələnir.Böyrəklərin funksiyası pozulur və qanda kreatinin qalxır.