Covid-19 Delta ştamında bağırsaq sindromu

Covid-19 Delta ştamında bağırsaq sindromu

  Covid-19  digər orqanları zədələməsi ilə də fərqlənir.Xüsusən Delta ştamıda ağciyər toxumasından başqa zədələdiyi orqanlardan ilk növbədə mədə-bağırsaq sistemi gedir.Belə ki,pasientlərdə qusma,qarında ağrı,ishal geniş yayılmışdır.Statistika göstərir ki,bu virusda zədələnmə digər orqanlarda baş verirsə ağciyər daha az zədənəlir,bu da ölüm riksini azaldır.
Qusma və ishal orqanizmin müdafiə faktorudur.Bununla orqanizm virusu bədəndən  çıxarmaqla virus yükünü azaldır.
Əgər pasientdə şikayətlər qeydə alınırsa,müalicə həkimi bunun virus olub olmadığını aydınlaşdırmalıdır.Çünki ishal,qusma və s. digər xəstəliklərdə də ola bilər.Yox əgər virusun bağırsağı zədələməsi ilə bağlıdırsa müalicə virusa qarşı və simptomatik aparılır.