ALT (alaninaminotransferaza) qaraciyərin funksional sınaqlarından biridir.
Qaraciyərdə zədə olub olmadığını araşdırmaq üçün ən çox verilən analizdir.

Alaninaminotransferaza (ALT) -bir ferment olaraq əsasən qaraciyərdə ,az miqdarda isə böyrək və digər orqanlarda olur. Normalda qaraciyər hüceyrələrinin daxilində olur, ölən qaraciyər hüceyrələri səbəbindən çox az miqdarda qanda da tapıla bilir. Qanda ALT miqdarının normadan çox olması qaraciyər zədəsinin əsas göstəricisidir. Qaraciyərdə əmələ gələn zədələrin səbəbi bir çox xəstəlikdən ola bilər.
Az  miqdarda yüksəlmə balanssız və həddən artıq yağlı qidalanma, qaraciyər yağlanması kimi vəziyyətlərdə də ola bilər.
ALT analizi digər qaraciyər fermentləri ilə birlikdə qaraciyər xəstəliklərindən şübhələndikdə və ya rutin  olaraq klinikaya müraciət edən zaman yoxlanıla bilər. Qaraciyər xəstəliyindən və ya zədələnməsindən şübhə ediləcək aşağıda qeyd olunan vəziyyətlər zamanı ALT analizinin verilməsi ən vacib səbəblər arasındadır:
✓ Qarın və mədə nahiyyəsində şişlik və ağrı hissi
✓ Ürək bulanma və qusma zamanı
✓ Sarılıq
✓ Səbəbsiz çəki itkisi
✓ Xroniki yorğunluq sindromu
✓ Dəridə qaşınmalar
✓ Sidik rənginin tündləşməsi
✓ Nəcisin rənginin açıq olması

Göstərici normadan yüksək olduqda mütləq həkimə müraciət etmək lazımdır.

Qanda ALT miqdarının təyini 5 AZN-dir