Mövsümi qrip

Hava şəraitinin iqlim normasına uyğun olmaması mövsümi qripin yayılmasına səbəb olub.( keçən ilin eyni dövrü ilə müqayisədə qapanma olduğu üçün mövsümi qrip müşahidə olunmamışdı)
Əsasən yüksək qızdırma və boğaz ağrısı ilə müşayət olunur.Əhalinin bütün yaş təbəqələri arasında rast gəlinsə də,daha çox uşaqlar arasında yayılmışdır.
İlk yardım digər qrip viruslarında olduğu kimi pasientə çoxlu isti maye içirilməli,otağın havası tez-tez dəyişilməli,yüksək qızdırma zamanı qızdırmasalıcıkar verilməlidir.
İlkin əlamətlər varsa ilk öncə Covid-19 inkar edilməlidir.
Covid-19 pozitiv olarsa pasient və ətrafında olanlar təcrid olunmalı və həkimə müraciət etmək lazımdır.
Covid-19 neqativ olarsa bədən temperaturu nəzarətdə saxlanmalıdır.Temperatur 3 gündən artıq davam edirsə və ya 1-2 gün temperatur normaya düşüb yenidən qalxırsa ikincili bakterial infeksiyaya şübhə yaranır.Pasient döş qəfəsi orqanlarının rentgen müayinəsi olunmalı,müalicə həkimin göstərişi ilə müvafiq laborator analizlər verilməlidir.