PSA nədir, onun nə kimi diaqnostik əhəmiyyəti var?
45 yaşdan sonra kişilərdə bir çox səbəbdən prostat vəzi böyüyür.Bu böyümənin hansı xarakterli olmasını bilmək vacibdir.
Prostat Spesifik Antigenin (PSA) miqdarının qanda təyini bizə imkan verir ki, prostat xərçəngini daha erkən mərhələdə aşkarlayaq. Yəni, qanda PSA – nın normal qəbul olunmuş səviyyəni aşması xəstədə prostat xərçəngi ola bilmə ehtimalını yüksəldir.
PSA qanda iki formada olur, bunlardan biri ümumi PSA, digəri isə sərbəst PSA – dır. Ümumi PSA dedikdə sərbəst PSA və zülallarla birləşmiş PSA nəzərdə tutulur.
PSA – nın cüzi yüksəlməsi müxtəlif faktorların təsirindən mümkündür. Prostat vəzin iltihabı ( prosatit ), prostat vəzin adenoması, həmçinin bəzi proseduralar, məsələn sidik kanalına kateter qoyulması, sistoskopiya, düz bağırsaqdan prostat vəzin barmaqla müayinəsi, prostat vəzin masajı PSA – nın qanda səviyyəsini yüksəldir.
Qanda PSA-nın miqdarının kəskin yüksəlməsi və davamlı olması risklidir,mütləq mütəxəssisə müraciət etmək lazımdır.
Qanda PSA sərbəst 17 AZN
PSA ümumi 17 AZN-dir