Prolaktin hormonu hipofiz vəzisində sintez olunur.Hamiləlik və əmizdirmə zamanı fizioloji olaraq qanda yüksəlir.
Prolaktinin təsiri nəticəsində qadının süd vəzilərində süd hazırlanır.Lakin bəzi hallarda hamilə olmayan və uşağı əmizdirməyən qadınların orqanizmində bu hormonun səviyyəsi yüksəlmiş olur ki, bu da nəticədə sonsuzluğa, qadının süd vəzilərindən südün ifraz olunmasına və s. pozulmalara səbəb olur.Prolaktin hormonun səviyyəsinin yüksəlməsi (hiperprolaktinemiya) bir çox hallarda sonsuzluğun səbəbi olur. Məsələ burasındadır ki, prolaktin qanda normadan yüksək səviyyədə olduqda, qadında follikul yetişmir və ovulyasiya baş vermir. Nəticədə isə sonsuzluq inkişaf edir.Hamiləlik planlamasında qanda təyini vacibdir.
Kişilərdə prolaktin hormonunun səviyyəsi yuksəldikdə tez yorulma,halsızlıq,cinsi həvəsin azalması ,impotensiya və sairə hallar ola bilər.Yuxusuzluq,stress,gece növbələrində iş rejimi kişilərdə prolaktinin yüksəlməsinə səbəb ola bilər.
Digər hormon analizləri kimi Prolaktin analizi də saat 10:00-a kimi tam ac qarına verilməlidir.