Profilaktika nədir?

Profilaktika nədir?

Ağıllı adam xəstələndikdə yubanmadan müalicəyə başlayır,müdrik adam isə heç vaxt xəstələnmir.
Çünki müdrik adam xəstələnməmişdən öncə qabaqlayıcı tədbirlər görür.Bu profilaktikadır.
Profilaktika müalicə ilə müqayisədə həm yan təsir həm də maddi cəhətdən daha münasib olur.
Əhaliyə hər 6 aydan bir tibbi müayinələrdən keçmə tövsiyyəsi profilaktik tədbirlər planına daxildir.
Ürək-qan dövranı xəstəlikləri,şəkərli diabet,onkoloji xəstəliklər kimi patologiyalar vaxtında təyin edildikdə müalicə daha yüngül olur və pasient əksər vaxtı vəziyyətini ağırlaşmır.
Profilaktikada laborator və instrumental müayinələrdən həm ayrılıqda həm də check-up-lar şəklində yararlanmaq mümkündür.