İnsulin nədir? İnsulin artıqlığı və azlığının səbəbləri.

İnsulin orqanizmdə şəkərin səviyyəsini nəzarətdə saxlayan hormondur. İnsulin mədəaltı vəzidə sintez olunur. İnsulin qanda olan şəkəri toxumalara ötürür ​ .
İnsulinin​ normal miqdarda olması şəkərin miqdarını balanslaşdırılırması ilə yanaşı eyni zamanda bədənin ehtiyac duyduğu enerji də təmin edilir.

Qanda insulin azlığı nədir?

Yetərincə insulin ifrazı olmadıqda qanda qlükoza toplanmağa başlayır. Hiperqlikemiya olaraq bilinən bu vəziyyət (şəkərli diabet) böyrək zədələnməsinə, sinir zədələnməsinə və göz problemlərinə və s. səbəb ola bilər. Mədəaltı vəzi tərəfindən insulin istehsalının dayandırılması zamanla 1- ci tip diabetə səbəb olur. 2-ci tip diabet xəstələrində insulin mədəaltı vəzidə əmələ gəlsə də, hüceyrələr bu insulindən düzgün istifadə edə bilmir.

Qanda insulin yüksəkliyi nədir?

İnsulin yüksəkliyi, eyni zamanda insulin rezistentliyi, qanda şəkəri normal miqdarda saxlamaq üçün mədəaltı vəz tərəfin daha çox insulin ifraz edilməsidir. Bu vəziyyətin yaranmasının əsas səbəbi, insulin reseptorlarının funksiyalarının düzgün işləməməsidir. Bu zaman qanda şəkərin miqdarı normadan aşağı olur.Bu hiperinsulinizmdir.Zamanla mədəaltı vəz çatışmazlığına və diabetə səbəb olur.