Xolesterin suda həll olmayan üzvi birləşmədir.Orqanizmdə yağlardan,şəkərdən və amin turşularından sintez olunur.Hüceyrə membranı,selikli qişa,Vitamin D,bir çox hormonların ( o cümlədən Testesteron) sintezində iştirak edir.Miqdarı normadan yüksək olduqda damar divarına çökərək arterial hiqertoniya,miokard infarktı və s. ciddi xəstəliklərin əmələ gəlməsinə gətirib çıxarır. Orqanimzdə lipoproteidlərlə daşınır.
✓ LDL – aşağı sıxlıqlı lipoproteidlər
✓ HDL – yüksək sıxlıqlı lipoproteidlər
✓ VLDL – çox aşağı sıxlıqlı lipoproteidlər
LDL və VLDL pis xolesteron sayılır,beləki onların miqdarının artması oqranizmdə ciddi problemlər yaradır.
HDL yaxşı xolesteron sayılır.Artıq xolesterini qaraciyərə qaytararaq orqanizmdən xaric edilməsində rol oynayır.