Böyrəyin funksiyanal sınaqları

Böyrəyin funksiyanal sınaqları

Böyrəklər orqanizmdə bir çox funksiyaları həyata keçirir: su-duz mübadiləsinə nəzarət edir,metobolizmin son məhsullarını orqanizmdən çıxarır və s.
Böyrəyin funksional pozuntularını təyin etmək üçün ilk öncə qanın biokimyəvi analizi – böyrək sınaqları test edilməlidir.Bunlar kreatinin,azot qalığı və sidik cövhəridir.Kreatinin,azot qalığı və sidik cövhəri mübadilənin son məhsulu olub,orqanizm üçün artıq hesab edilir.Orqanizm üçün zəhərləyici təsiri olan bu məhsullar böyrək tərəfindən xaric edilir.Böyrəklərin funksiyası pozulduqda böyrəklər tam və ya qismən işinin öhtəsindən gələ bilmir ( böyrək çatmamazlığı ) və qanda böyrək sınaqları normadan artıq olur.
Kreatinin,sidik cövhəri və azot qalığı qanda müəyyən həddə qədər  yüksəldikdə konservativ ( dərman ) müalicəsinə tabe olur,həddən artıq olduqda isə pasient dializə müraciət etməli olur.Vaxtında müayinə olunmaq ağırlaşmaların baş verməməsi baxımından daha önəmlidir.
Ürəkbulanma və yüksək arterial təzyiq böyrək sınaqlarının yüksəlməsinin əlamətlərindəndir.Vaxtında müayinə tam müalicənin təminatıdır.
Kamed klinikasında bu müayinələr tam avtomatik cihazlarla yüksək dəqiqliklə  yoxlanılır.

Kreatinin 5 AZN