Qarşıdan ən sevimli bayramımız – Novruz bayramı gəlir.
Qədim xalq inancına görə qış ayı 3 hissəyə bölünür: böyük çilə,kiçik çilə və boz ay.Boz ayın hər həftəsinin ll günü müxtəlif simvolu xarakterizə edən çərşənbələrdir.Su,od,yel və torpaq çərşənbələri.Hal-hazırda od çərşənbəsini qeyd edirik.Qədimdə oda sitayiş etdiyimiz üçün oda-ocağa böyük qiymət verilir.Od nəyin ki, isti həm də işıqlanmanın simvoludur.”Odlar yurdu” termini də bu mənşədəndir.Bakının yeni siması olan Alov qüllələri odu,odlar yurdunu bir daha xatırladır.