Anemiya (qanazlığı)

Anemiya (qanazlığı)
Qan dövranı xəstəlikləri arasında ən geniş yayılmış patologiyadır.Qanda eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə xarakterizə olunur.
Qanazlığında əsas 3 orqan daha çox yüklənir və bu orqanlarla əlaqədar şikayətlər üzə çıxır.
✓ Ürək.
Ürək oksigenlə tam təmin olunmadığından ürək sıxılma,tez yorulma,əmək qabiliyyətinin aşağı düşməsi vəs. şikayətlər yaranır
✓ Beyin.Anemiyalı xəstələrdə gecələr yuxusuzluq və ya gündüz yuxululuq,diqqətin zəifləməsi,gün ərzində çoxlu əsnəmələr və s. şikayətlər yaranır.
✓ Mədə.Mədə turşusunu miqdarı bir başa hemoqlobinin miqdarından asılıdır.Anemiyada mədə turşusu azlığı – hiposekresiya əmələ gəlir.Qidanın həzmi zəifləyir.

Qanda hemoqlobinin miqdarı ilə qanazlığının dərəcəsi təyin edilir:
✓ Normal hemoqlobin : >12.0 q/dl (qadınlarda), >13.0 q/dl (kişilərdə)
✓ Yüngül dərəcədə anemiyada hemoqlobin 11.0-11.9 q/dl (qadınlarda), 11.0-12.9 q/dl (kişilərdə)
✓ Orta dərəcədə anemiyada hemoqlobin 8.0-10.9 q/dl
✓ Ağır dərəcədə anemiyada hemoqlobin <8.0 q/dl

Aktiv qanaxma yoxdursa
anemiyanın səbəbini aşkar etmək üçün aşağıdakı müayinələr tövsiyə olunur:
✓ nəcisdə gizli qan
✓ qanın ümumi analizi
✓ qanda dəmirin təyini
✓ Ferritin
✓ Fol turşusu
✓ Vitamin B12

Qanazlığı yaranıbsa qanda hemoqlobinin miqdarını qida ilə normallaşdırmaq mümkün deyil.Mütləq dərman müalicəsi tələb olunur.İxtisaslı həkimin müdaxiləsi tələb olunur