Daim inkişafda olan  “KAMED” klinikası göstərdiyi xidmətlərə,yeniliklərin tətbiqinə həmişə üstünlük verir.Tibb elmi inkişaf etdikcə cihazlarda da yenilənmə və təkmilləşmə labuddur.
“KAMED”klinikasında sizlərə xidmət göstərən Yaponiya istehsalı olan rentgen aparatı ən az şüalanma dozası olması ilə digərlərindən fərqlənir.
Bu dəfə rentgen aparatının proqram təchizatı   Yaponiyanın informasiya texnologiyaları mühəndislərinin ən son rəqəmsal proqram ilə yeniləndi.Yüklənmiş bu son proqram dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilir. Son yenilənmə ilə əvvəllər heç bir rentgen aparatı ilə görünməyən daha kiçik dəyişiklikləri təyin etmək mümkündür.Müasir yenilik müayinə həkiminə daha rahat rentgenoloji rəy təyin etməkdə kömək etməklə yanaşı,müalicə həkiminə diaqnozu təsdiq etməkdə ən yaxşı köməkçisi olacaq.
Bununla da “KAMED” klinikasında fəaliyyət göstərən rentgen aparatı ölkəmizdə ən müasir texnologiya ilə təchiz olunmuş aparatlardan biri hesab olundu.
Yeni proqram təchizatı ilə  xidmət səviyyəsi artsa da rentgen müayinələrinin qiymətində heç bir qiymət artımı olmayacaq.