Qanda Kalsium.
Sümük toxumasının əsas qeyri-üzvi maddəsi kalsium hesab olunur.Bundan başqa kalsium laxtalanma sistemində,sinir-əzələ keçiriciliyində əvəzedilməz rol oynayır.Kalsium çatışmazlığı zamanı əzələ spazmları, ürək ritminin pozulması, üz, əl və ayaqlarda uyuşma, hafizə zəifləməsi, depressiya, əzələ ağrıları, dəridə quruma, dırnaq qırılmaları kimi əlamətlər ortaya çıxır. Bu elementin orqanizmdə kəskin defisiti zamanı ürək çatışmazlığı, udmada çətinlik, səsin dəyişməsi, sümüklərdə kövrəklik, dəmrov xəstəliyi, katarakt, əzələ gücsüzlüyü kimi simptomlar yaranır. Orqanizmdə kalsium elementinin artıq miqdarı ürək və nəfəs çatışmazlığına səbəb olur. Uşaqlarda raxitlik də kalsium və D vitamini çatışmazlığının əlamətlərindəndir.
Kalsiumun orqanizmdə normal mənimsənilməsi üçün müəyyən şərait lazımdır. Belə ki, D vitamini çatışmazlığı olan şəxslərin orqanizmi tərəfindən kalsium da effektli şəkildə mənimsənilmir. Buna görə kalsiumla bərabər D vitamininin də qandakı səviyyəsi nəzarətdə saxlanılmalıdır.
Kalsium mübadiləsinə qalxanabənzər vəzi narahat edir.
Qanda kalsiumun miqdarını yoxlamadan kalsium preparatlarını qəbul etmək olmaz.Bu zaman bir çox ağırlaşmalar, o cümlədən miokard infarktı baş verə bilər.