Qlukohemoqlobin  (HbA1c)

Qlukohemoqlobin  (HbA1c)
Şəkərli diabet – orqanizm tərəfindən yaradılan insulinin kifayət qədər olmaması və ya onun təsir effektinin pozulması nəticəsində meydana çıxan, qanda şəkərin yüksəlməsi ilə xarakterizə olunan xroniki endokrin xəstəlikdir. Bu xəstəliyin əsas xüsusiyyətlərindən biri odur ki, erkən mərhələdə özünü göstərmir, orqanizmdə gizli gedir.
Diabetik  müayinələrə HbA1C, Qlükoza, C-peptid, Qlükoza-tolerant testi, Qlükoza, İnsulin müayinələri daxildir.
Qlikohemoqlobin – hemoqlobinin qlükoza ilə birləşməsidir və son 3 ayda olan qlükozanın orta səviyyəsini göstərir. Bu həm diaqnostikada, həm də şəkərli diabetin müalicəsinə nəzarət etmək üçün ən dəqiq və zəruri testdir.
Ac qarına test edilən qanda şəkərin miqdarı bir gün öncə qəbul edilən qidadan asılıdır.Karbohidrat qəbulu çox olarsa qanda şəkərin miqdarı da artıq olar.Lakin qanda qlukohemoqlobinin təyini daha dayanıqlı analizdir.