D-dimer analizi nədir?

D-dimer testi tromb əmələgəlmə və fibrinolizis markeridir. D-dimer analizi trombozların diaqnostikası üçün aparılır.​

Əsas göstərişlər bunlardır:
-dərin venalarda tromboz
-ağciyər tromboemboliyası
-trombofiliya
-DYL (damardaxili yayılmış laxtalanma) sindiromu

D-dimer testinin nəticələri aşağıdakı hallarda da artmış olur:
✓ infeksion xəstəliklərdə
✓ ağır zədələrdən sonra
✓ cərrahi əməliyyartlardan sonra
✓ şiş xəstəliklərində
✓ qaraciyər xəstəliklərində
✓​ ürək-qan damar xəstəliklərində
✓​ 80 yaşdan yuxarı kəslərdə

Dərin damar trombozu,emboliya,ürəkdə işemiya və bəzi infeksiyalara səbəb olan xəstəliklərin diaqnozunda da istifadə edilir.​ Anormal hesab edilən D-dimer testinin yüksək olması arzuolunmazdır.

Xüsusilə COVID-19 pandemiyasından sonra D-dimer testinin əhəmiyyəti daha da artdı.​ Həkimlər tez-tez COVID-19 infeksiyası şübhəsi olan xəstələrdən D-dimer testi tələb edirlər.​  Həyati təhlükəsi olan​ COVID-19 xəstəliyi​ D-dimeri yüksəldikdə damarlarda laxtalanma əmələ gətirir. Beləliklə dərin venoz trombozu, venoz tromboembolizm , ağciyər emboliyası yaranma riski əmələ gətirir.​ D-dimer testi, yumurtalıq və böyrək xəstələrində fibrin məhvinin aşkarlanmasında və dərin venoz trombozu və ya kəskin miokard infarktının müalicəsinin gedişhatında həkim tərəfindən istənilir.
D-dimer testi hamiləliyin son mərhələlərində yüksək ola bilər və bu normal bir vəziyyətdir.

D-dimer səviyyəsinin yüksək olması qarac­iyər xəstəliklərində də görülür.
Bəzi xərçəng növləri­ndə (xüsusilə inkişaf etmiş mərhələdə) yüksək D-dimer müşahi­də edilə bilər.
Bu analiz COVİD -19 virusuna yoluxmuş in­sanlarda xəstəliyin ağırlıq dərəcəsini təyin etmək üçün vacib sayılan analizlərd­ən biridir.Gizli COVİD 19 virusunu keçirmiş şəxslərdə postcovid dövrdə səbəbsiz qanaxma və laxtalanma ilə əlaqəli digər problemlər olduqda da D DİMER müayinə olunur.
Hamilə qadınlarda hamiləliyin erkən aylarından başlayaraq D-dimerin səviyyəsi mütəmadi olaraq artmağa başlayır. Nəzərə çarpacaq dərəcədə D-dimerin səviyyəsinin artması hamiləliyin ağırlaşması zamanı (preeklampsiya), həmçinin şəkərli diabet, böyrək xəsətəlikləri olan hamilələrdə də müşahidə olunur.
Daha çox pasientin bu analizdən yaralanması üçün “KAMED” klinikası həyati əhəmiyyət daşıyan bu analizə kampaniya elan edir.Beləki  5-15 aprel tarixi aralığında D-dimer analizinin qiyməti 26 AZN yox 19 AZN təyin edilmişdir.