Müqəddəs Ramazan ayındayıq.Aramizda oruc tutan şəxslər vardır.
Ən çox verilən sual oruc tutan şəxs imsakda yeyibsə laborator analiz necə verə bilər?

✓ klinik (qanın ümumi analizi) analiz,koaquloqramma (laxtalanma sistemi) əksər biokimyəvi analizlərin qəbulu üçün son qida qəbulundan  8 saat keçməlidir.
✓ biokimyəvi analizlərdən qanda şəkər,xolesterin və onun fraksiyalarının təyini üçün tam acqarına olmaq lazımdır.Son qida qəbulundan 12 saat fasilə olmalıdır.
✓ qanda hormonların təyini tam acqarına ( imsakda yalnız su içmək olar) olmalıdır.
✓ sidik analizi ilkin sidik olmalıdır.
✓ nəcisin analizi qida qəbulundan asılı deyil,steril qabda və analiz götürüləndən ən qısa zamanda laboratoriyaya təhvil verilməlidir.
✓ qanda infeksiyaların test edilməsi qida qəbulundan asılı deyil.

Unutmayın : düzgün laborator nəticə əldə etmək üçün analizin verilmə şərtlərinə mütləq əməl etmək lazımdı.