“KAMED” klinikasının laboratoriyası
Hər bir klinikanın əsasını onun laboratoriyası təşkil edir.Mükəmməl qurulmuş laboratoriya klinikanın hansı gücdə olduğunun göstəricisidir. Bu məqama çox həssas yanaşan klinikamız laboratoriya şöbəsinə xüsusi diqqət yetirmişdir. Belə ki, Laboratoriyamız – 20 ildən artıq bu sahə üzrə təcrübəyə sahib, həkim –laborant Qoca Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərir. Laboratoriyamızda işlədilən həm analizatorlar, həm də reaktivlər inkişaf etmiş avropa dövlətlərinin istehsalıdır.Laborator analizlərin işlənməsində istifadə olunan reaktivlər İsveçrənin ROCHE firmasının və Almaniyanın Human firmasının istehsalıdır.
Həmçinin farmokologiya və diaqnostika üzrə dünya lideri olan İsveçrənin məhşur Hoffman La Roche firmasının Cobas c 111 biokimyəvi analizatoru və Cobas e 411 tam avtomat robotanalizatoru ilə təchiz edilmişdir.
Cobas c111 biokimyəvi analizatoru ilə:
* Qlukoza
* Revmo sınaqlar
* Mikro elementlər
* Qaraciyər sınaqları
* Böyrək sınaqları
* Xolesterin və onun fraksiyaları
və s. yoxlanılır
Cobas e 411 tam avtomat analizator insan əli dəymədən avtomatik analizləri test edib kompüterə ötürür.
Bu analizatorun köməyi ilə:
* Hormonlar (TSH,Free T4,Free T3,Prolaktin,Testesteron,insulin,E2,XQ və s.)
* İnfeksiyalar (Covid,Herper,SMV,Treponema,H.pylori,Toksoplazma,Brusella və s.)
test edilir.
Qanın klinik analizi dünya lideri olan İsveçrənin Orphee şirkətini Mythic 22 hematoloji analizatoru ilə test edilir.Bu aparatın köməyi ilə qanın ümumi analizi ən geniş-25 parametr ilə pasientlərə təqdim olunur.
Laboratoriyamızda hər pasientə ayrıca identifikasiya barkodu təyin olunur ki,bu da eyni ad,soyada malik olan şəxslərin analizlərini səhv düşmə ehtimalını 0 edir.
Laboratoriyamız ilə tanış olmaq,işin gedişini canlı olaraq görmək istəyən həkimlər üçün mütəmadi olaraq “Açıq qapı” günü elan edilir.
Ən mükəmməl analizatorlara sahib olan “KAMED” klinikası Sumqayıt şəhərində ən qabaqcıq laboratoriya hesab edilir.