İnsulin dirənci

İnsulin dirənci

İnsulin orqanizmdə şəkərin səviyyəsini nəzarətdə saxlayan hormondur.
İnsulinin​ normal miqdarda olması şəkərin miqdarını balanslaşdırılır.

İnsulin yüksəkliyi, eyni zamanda insulin rezistentliyi, qanda şəkəri normal miqdarda saxlamaq üçün mədəaltı vəz tərəfin daha çox insulin ifraz edilməsidir. Bu vəziyyətin yaranmasının əsas səbəbi, insulin reseptorlarının funksiyalarının düzgün işləməməsidir. Bu zaman qanda şəkərin miqdarı normadan aşağı olur.Bu hiperinsulinizmdir.Bu patologiya zamanla mədəaltı vəz çatışmazlığına və diabetə səbəb ola bilər.
İnsulinin artıqlığı -Hiperinsulinizm adlanır.Xəstəliyin ilk dövrlərində yüksək insulin fonunda qanda şəkərin miqdarı düşür.Bu da aclıq hissi gətirir.Pasientlər daha çox qida qəbul edirlər.Ac olduqda aşağı şəkər fonunda əllərdə əsmə,rəngin avazıması,soyuq tər gəlir.Karbohidrat qəbul ( un məmulatları,şəkər) edən kimi qanda şəkərin miqdarı normallaşır və əlamətlər keçir.Bu da artıq çəkiyə gətirib çıxarır.
Hiperinsulinizm xəstəliyi bir müddət davam etdikdə artıq olan insulin daha şəkərə nəzarət edə bilmir.Nəticədə şəkərli diabet xəstəliyi inkişaf edir.
Ümumiləşdirilmiş şəkildə belə nəticəyə gəlinir ki, artıq çəkidən əziyyət çəkən pasientlər mütləq qaydada qanda insulinə və insulinə rezistentliyə nəzarət etməlidirlər,əks halda şəkərli diabetin inkişaf etməsi qaçılmazdır.
“KAMED” klinikasının növbəti ksmpaniyası  insulin dirənci ilə bağlıdır.Aprel ayının 18-30-u tarixi aralığında İnsulin dirənci ( bura qanda şəkərin təyini və insulininin təyini də daxildir) 21 manat yox 14 manat təyin edilmişdir.