Boy artımının ləngiməsi
Uşaqlarda boy artımının yaşıdlarına nisbətdə geri qalması müşahidə olunursa,mütləq müayinədən keçmək və ixtisas həkimi tərəfindən müalicə almaq lazımdır.
Boy artımının ləngiməsi bir çox səbəbdən baş verə bilər.İlk öncə boy hormonlarının qanda midarı test edilir.
Boy hormonu kimi əsasən Somatotropin və İGF-1 ( insulinəbənzər böyümə faktoru) nəzərdə tutulur.Baş beyində,hipofiz vəzidə sintez olunan bu hormonlar əsasən gecə dərin yuxuda hasil olunur.Bu səbəbdən də uşaqlarda gecə yuxusu vacibdir.(ən optimal yuxu rejimi saat 21:00-dan başlamalıdır.)
Bu hormonlar laborator şəraitdə test edilməlidir.Analizlər tam ac qarına,səhər saat 11:00-a kimi götürülməlidir.Test materialı magistral damardan götürülmüş qan nümunəsindən əldə edilir.
Müalicə endokrinoloq tərəfindən aparılır.