Anti Muller hormonu (AMH) qadın orqanizmi ucun vacib diaqnostik testdir.AMH-ın​ əsas funksiyası FSH-ın təsirini blokada etməkdir.
Hər bir qadında anadangəlmə müəyyən sayda yumurta hüceyrə bazası olur.Hər menstrasiya dövründə  1 və ya 2 yumurta hüceyrə yetişərək dominant follikula çevrilir.Bu baza tükənəndə menopauza (klimaks) baş verir.
Əgər antimüller hormonun səviyyəsi normadan aşağı olarsa, yetişməmiş follikullar daha tez tükənər və klimaks erkən başlayar.
Hamiləlik öncəsi AMH testi yoxlanılmalı olan əsas testlərdən biridir.Normadan aşağı olduqda follikul yetişməsi pozulur və hamiləlik baş vermir.

AMH miqdarı nə vaxt aşağı olur:
✓birincili ovarial çatmamazlıq
✓endometrioz
✓ yumurtalıqların çatmamazlığı
✓ autoimmun vəziyyətlər
✓ qırmızı qurdeşənəyi
✓ kron xəstəliyi
✓autoimmun tireoiditdə (haşimoto)

AMH-ın miqdarı nə vaxt yuxarı olur:
✓ polikistik yumurtalıqlar sindrom
✓ yumurtalıq xərçəngində

AMH testi FSH dan fərqli olaraq menstrual tsiklin istənilən dövründə yoxlanıla bilər.
“KAMED” klinikasında may ayı ərzində AMH (anti-müller hormon) endirimlə 39 AZN təyin edilmişdir.