Timus vəzi
Timus və ya çəngələbənzər vəzi uşaqlıq dövrü vəzilərindən hesab olunur. 15 yaşınadək uşaqlarda olur; sonra geri inkişaf edərək piy toxuması ilə əvəz olunur.
Yeni doğulmuşda çəkisi 10-15 q, uzunluğu 5-6 sm olur. Qızlarda çəngələbənzər vəzi oğlanlarınkindən kiçik olur.
Çəngələbənzər vəzi döş qəfəsində, orta divarın yuxarı hissəsində yerləşmişdir.
Timus vəzi immunitetin qaynagı hesab olunur.Bədənin müdafiə gücünün əsas iştirakçısıdır.Ölçüsü böyüdükdə döş qəfəsi orqanlarını sıxdığı üçün sinədə xışıltılar eşidilə bilər.
Diaqnozu dəqiqləşdirmək,ağciyər xəstəlikləri ilə fərqləndirmək üçün müayinə etmək lazımdır.
Müayinəsi rentgen və USM vasitəsi ilə mümkündür.